Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Real Madrid"in oyunçularına qarşı terror hazırlayan şəxslər saxlanılıblar
İspaniya polisi "Real Madrid" klubunun oyunçularına, həmçinin "kral klubu"nun azarkeşlərinə qarşı "Santyaqo Bernabeu" stadionunda terror aktı planlayan dəstəyə qarşı uğurlu əməliyyat keçirib.
Bu barədə İspaniya mətbuatı xəbər verib.
Qeyd olunur ki, terrorçular hətta hədələyici məzmunlu posterlər hazırlayaraq internet üzərindən "Real Madrid" klubunun futbolçularını və azarkeşlərini hədəfə alıblar.
Qeyd olunur ki, əməliyyat İspaniyanın Kataloniya əyalətində, həmçinin Alexisiras və Tenerife şəhərlərində aparılıb.
Əməliyyat nəticəsində doqquz nəfər şübhəli şəxs qismində saxlanılıb.
Saxlanılan şəxslərin İŞİD qruplaşması ilə əlaqələri olduğu müəyyən edilib.
Mənbə: Football-espana.net