Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bərdədə altı uşaq xəstəxanalıq oldu: Araşdırma başladıldı - RƏSMİ
Bərdə rayonunda altı azyaşlının qidadan zəhərlənməsi ilə bağlı araşdırmalara başlanıb.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən verilib.
Məlumatda qeyd olunub ki, baş vermiş hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
Əzizə İsmayılova
Bərdə rayonunda altı azyaşlı qidadan zəhərlənib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə iyunun 17-si saat 1 radələrində rayonun Zümürxan kəndində baş verib.
2015-ci il təvəllüdlü A.Paşayeva, onun 6 və 8 yaşlı bacıları, 2 yaşlı qardaşı H.Paşayev, eləcə də onlara qonaq gəlmiş, 2018-ci il təvəllüdlü M.Əhmədova və 2021-ci il təvəllüdlü X.Hüseynli qidadan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.
Azyaşlılardan H.Paşayev və M.Əhmədovanın vəziyyəti orta-ağır qiymətləndirilir. Digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
"Bərdə rayonu" teqi üzrə xəbərlər
- Bərdə sakini Bakıda kirayənişin yoldaşını bıçaqladı
- Bərdədə zəhərlənmə ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb - AQTA-dan AÇIQLAMA
- Bərdədə dörd yaşlı uşaq qıcolmadan ölüb
- Əhliman Əmiraslanov: "Təkcə Bərdədə 32 ilkin tibbi xidmət məntəqəsinin açılması planlaşdırılır"
- Arvadına dörd bıçaq vuran şəxsə şərti cəza verildi