Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

“Real Madrid”də Arda Gülerlə bağlı qərar verildi
“Real Madrid”in prezidenti Florentino Peres transfer dövründə komandadan icarə əsasında ayrılacağı gözlənilən türkiyəli gənc futbolçu Arda Gülerlə bağlı qərar verib.
İspaniya klubunun prezidenti Peres və baş icraçı direktoru Xose Anxel Sançes Arda Gülerin başqa kluba icarəyə getməyəcəyini vurğulayıblar.
Arda Güler üçün 30 milyon avro sərmayə qoyan və onun keyfiyyətinə hər zaman inanan Peres və Sançes də gənc oyunçunun qarşıdakı dövrdə dünya ulduzu olacağına inandıqlarını Ançelottiyə bildiriblər.
Qeyd edək ki, bu mövsüm iki dəfə ağır zədə alan Arda Güler “Real Madrid”in heyətində 6 matçda 93 dəqiqə ərzində meydanda olub və bir qol vurub.
Bu yaxınlarda keçirilən “Selta Viqo” ilə matçın 89-cu dəqiqəsində oyuna daxil olan istedadlı futbolçu 94-cü dəqiqədə rəqib qapıçının yanından driblinqlə topu tora göndərib.
Mənbə: haberturk.com
"İspaniya" teqi üzrə xəbərlər
- İspaniya XİN başçısından XƏBƏRDARLIQ: "Avropanı böyük dəyişiklik gözləyir"
- Əmisi oğlunun pasportu ilə Bakıya uçan şəxs tutuldu - "İspaniya planı" DEŞİFRƏ OLDU
- Üç ölkə dünya çempionatı üçün xüsusi komissiyalar yaradacaq
- İspaniyada iş saatı azaldıldı: Maaş olduğu kimi qaldı
- İspaniyalı nazir konfransda yatan səfiri işdən çıxardı