Yeni il gecəsi İstanbulda “Reina” gecə klubunda terror aktı törətmiş Əbdülqədir Maşaripovun işində yeni dönüş meydana gəlib.
Maşaripovun dini nigahda olduğu, terrorçunun digər əlbirləri ilə yaxalanan Fransa vətəndaşı Tene Traore hamilədir.
Oxu.Az 1news-a istinadən xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb. Tibbi baxış zamanı müəyyən olub ki, İŞİD ilə əlaqədə şübhəli bilinən Tene Traore hamilədir.
Maşaripovun rəsmi arvadı Zarina Nurullayevadır, onların iki azyaşlı uşağı var.
Terrorçunun arvadı da həbs edilib, qızı onun yanındadır. Maşaripovun terror aktına qədər özü ilə apardığı üç yaşlı oğlunu İŞİD üzvləri götürüblər.
Bundan başqa, Tene Traorenin telefonu yoxlanıldıqda, onun Maşaripov ilə rus-fransız elektron tərcümə proqramı ilə ünsiyyət qurduğu aydın olub.
“Reina”da terror aktında 39 nəfər ölüb.
N.О.
www.oxu.az