Fransanın "Renault" avtomobil markası büdcə dostu modellər təqdim edən Çin şirkətləri ilə rəqabətə davam gətirmək və operativliyini artırmaq məqsədilə qlobal mühəndis heyətinin 15-20%-ni ixtisar etməyi planlaşdırır.
Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, kütləvi ixtisar prosesi növbəti iki il ərzində həyata keçiriləcək.
Şirkətdə hazırda təxminən 11-12 min mühəndisin çalışdığını nəzərə alsaq, bu qərarın 2 400-dək işçini əhatə edəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, ötən ilin yekunlarına görə, "Renault"nun ümumi işçi sayı 101 min nəfər təşkil edib.