Tayvanın Taoyuan şəhərində nəhəng sarı ördək partlayıb.
Oxu.Az Rambler-ə istinadən xəbər verir ki, bir müddət əvvəl Bakıda nümayiş olunan Rezin ördəyin havasını zəlzələ ilə əlaqədar buraxıblar, sonra isə yenidən köpürtməyə cəhd göstəriblər.
Cümə axşamı Tayvanda güclü zəlzələ baş verib və buna görə də, 18 metrlik ördəyə hava vuran nasos söndürülüb. Onu yenidən köpürtmək isə alınmayıb: nəhəng oyuncaq sadəcə partlayıb. İndi göldə hamar sarı disk üzür.