Ermənistanın keçmiş prezidenti Robert Koçaryan qətimkan tədbirinin seçilməsi üçün Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə aparılıb.
Oxu.Az-ın İzvestiya.ru-ya istinadən xəbərinə görə, bu barədə onun vəkili Aram Orbelyan məlumat verib.
"Ermənistanın ikinci prezidenti Robert Koçaryan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə aparılıb", - deyə vəkil bildirib.
Qeyd edilir ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi keçmiş dövlət başçısı barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəmə instansiyasına vəsatət göndərib. Komitə Koçaryanın həbsində israrlıdır.
Həkimlər Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın məhkəməyə aparılmasına icazə verməyiblər və onun həbsi üçün yenidən vəsatət qaldırılıb.
Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə onun oğlu, deputat Levon Koçaryan parlamentdə jurnalistlərə məlumat verib.
Keçmiş prezidentin oğlu bildirib ki, bu gün səhər saat 08:00-da atasının saxlanılma müddəti başa çatıb, bundan sonra müstəntiqlər Robert Koçaryanın 24 saat ərzində həbsi üçün yenidən vəsatət qaldırıblar.
Xatırladaq ki, Ermənistanda iki keçmiş dövlət başçısı - Robert Koçaryan və Serj Sarqsyan dövlət əmlakının mənimsənilməsi faktı ilə bağlı açılmış cinayət işinə cəlb olunublar.