Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ronaldu məhkəmə qarşısına çıxa bilər - FOTO
“Ən-Nəsr”in hücumçusu Kriştianu Ronaldu qardaşı Huqo Dinarte Santos Aveyro ilə bağlı vəziyyətə aydınlıq gətirmək üçün şahid qismində məhkəmə iclasına çağırıla bilər.
Məlumata görə, Ronaldunun qardaşına qarşı dələduzluq faktı ilə bağlı iş açılıb. Proses iş adamı Rokko Valenti ilə Ronaldunun qardaşının nümayəndəsi olduğu şirkət arasında 2019-cu ildə bağlanmış müqavilənin nəticələri ilə bağlıdır.
Tərəflər arasında Ronaldunun idman köynəklərinin istehsalı üzrə anlaşılmazlıq yaşanıb. Köynəklərin dizaynını Ronaldunun qardaşı bəyənib, lakin sifarişçi onunla razılaşmayıb.
Valentinin maraqlarını təmsil edən vəkil Robert Kapraya növbəti məhkəmə iclası üçün mayın 31-də Kriştianunu çağırmağı təklif edib.
Mənbə: championat.com
Rəylər