Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ronaldu şərti açıqladı: Nə vaxt evlənəcək?
"Ən-Nəsr" və Portuqaliya milli komandasının hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges futbolçu ilə münasibətlərindən danışıb.
Oxu.Az xəbər verir ki, o, "Mən - Corcina" realiti-şousunda rəsmi evlilik mövzusuna toxunaraq hər şeyin ondan asılı olmadığını deyib.
Ronaldu isə bu mövzunu şərh edib: "Mən həmişə ona deyirəm ki, həmin qığılcım baş verdikdə, evlənəcəyik. O bilir ki, mən nədən danışıram. Bu, bir il sonra, yarım il sonra və ya bir ay sonra da baş verə bilər. Amma mən 100% əminəm ki, bu baş verəcək", - ulduz idmançı qeyd edib.
Xatırladaq ki, portuqaliyalı futbolçu Corcinaya 2018-ci ildə evlənmə təklifi edib, lakin toy hələ də baş tutmayıb.