Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ronaldu Səudiyyə Ərəbistanının futbol infrastrukturunu tərifə tutdu
"Ən-Nəsr" klubunun portuqaliyalı futbolçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının 2034-cü ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək iddiasına münasibət bildirib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, hücumçu hazırda top qovduğu ölkənin futbol infrastrukturunu o ki var tərifləyib:
"Burada hər şey əladır, infrastruktur, stadionlar, azarkeşlər üçün şərait. Bütün bunları görəndə getdikcə daha çox əmin oluram ki, 2034-cü ildə keçiriləcək dünya çempionatı tarixin ən yaxşısı olacaq".
38 yaşlı ulduz futbolçu əlavə edib ki, Səudiyyə Ərəbistanının futbol çempionatı son illər ərzində çox irəli gedib.
"Hazırda liqada kubok uğrunda yeddi və ya səkkiz böyük komanda mübarizə aparır. Futbolçuların yaxşılaşdığını görürəm. Bu həm komanda yoldaşlarıma, həm də digər oyunçulara aiddir. Bu o deməkdir ki, liqa çox sürətlə inkişaf edib və daha yaxşı oyunçular yetişib".
"Kriştianu Ronaldu" teqi üzrə xəbərlər
- Dünyanın ən çox qazanan idmançıları bəlli oldu – Ronaldu yenə liderdir
- Finlandiyalı aşpaz Kriştianu Ronaldu və onun ailəsi ilə eyni evdə yaşayacaq
- Kriştianu Ronaldunun 76 milyon dollarlıq təyyarəsinin pəncərəsində çat yaranıb
- Ronaldu İrana getməkdən İMTİNA ETDİ
- Buffon: "Ronaldu və Messi arasında seçim etmək futbolu təhqir etməkdir"