Rusiya baş nazirinin müavini və müdafiə naziri Dmitri Roqozinin göyərtəsində olduğu təyyarə Moldovada eniş edərkən problem yaşanıb.
Oxu.Az со ссылкой на Report xəbər verir ki, bu barədə o, öz «Twitter» səhifəsində yazıb.
Təyyarə havanın dumanlı olması səbəbindən ikinci cəhddə Kişinyov aeroportuna eniş edə bilib.
«Gecə saat 2.28-dir. "Aeroflot"dakı bütün həmkar-sərnişinlərə birlikdə Kişinyovda, nəhayət, eniş edə bildik. Budapeşt aeroportunda hamımız dostlaşdıq», - deyə Roqozin qeyd edib.
N.O.