Neftin ucuz qiymətlər mərhələsi uzun sürə bilməz.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, “Rosneft”in rəhbəri İqor Seçin belə hesab edir.
“Bir sıra səbəblərə görə, biz ucuz qiymətlər mərhələsindəyik, amma bu mərhələ uzun sürə bilməz”, - o, “Ft Commodities Global Summit 2016” konfransında deyib və əlavə edib ki, hazırkı qiymətlər xərclərin tam silsiləsini təmin etmir.
O həmçinin qeyd edib ki, neft bazarında təklifin bolluğu probleminin öhdəsindən iki il ərzində gəlmək mümkün olacaq.
“Neftin qiymətinin kəskin ucuzlaşmasında həlledici amil - təklifin tələbata görə üstün olmasıdır. Bu gün, təklifin bolluğu problemin öhdəsindən iki il ərzində gəlmək mümkün olacağı təsəvvürü yaradır”, - Seçin deyib.