Musiqiçi Mstislav Rostropoviçə məxsus violonçel hərracda 1,92 milyon funt sterlinqə (təxminən 2,5 milyon dollara) satılıb.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı “Sotheby's” hərrac mərkəzi məlumat yayıb.
Bu alət XVIII əsrin sonunda italyan usta Covanni Qvadanini tərəfindən hazırlanıb.
Violonçel Rostropoviç və Qalin Vişnevskilərin kolleksiyasından satışa çıxarılan ən bahalı əşya olub.
Violonçelin yaradıcısı Qvadanini Antonio Stradivarinin şagirdi olub. Mstislav Rostropoviç bu alətə 2000-ci ildə sahib olub. O deyirdi ki, 18 il Moskvadakı bütün yarışlarda qələbə qazanmasına səbəb Qvadaninin elamatxanasından olan violonçeldə ifa etməsi olub. Ancaq sonra məlum olub ki, bu alətin Qvadaniniyə heç bir aidiyyəti olmayıb. Və onda Rostropoviç özünə söz verib ki, nə vaxtsa Qvadaninin həqiqi violonçelinə sahib olacaq.
Rəylər