"ABŞ hökuməti Cənubi Qafqaz və Mərkəzi Asiyada Transxəzər Ticarət Marşrutu boyunca özəl sektor investisiyalarını təşviq etmək məqsədilə 201 milyon dollar vəsait ayırıb".
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun yazılı açıqlamasında bildirilib.
"Bu gün Transxəzər Sahibkarlıq Fondunun yeni seçilmiş direktorlar şurasının rəhbərliyi altında fəaliyyətə başladığını və ABŞ hökumətinin Cənubi Qafqaz və Mərkəzi Asiyada Transxəzər Ticarət Marşrutu (Orta Dəhliz) boyunca özəl sektor investisiyalarını təşviq etmək üçün ayırdığı 201 milyon dollar kapitala malik olduğunu elan etməkdən məmnunam", - deyə ABŞ diplomatiyasının rəhbəri bildirib.
Rubio xatırladıb ki, düz bir il əvvəl ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda keçirilən üçtərəfli görüşün yekunlarına əsasən, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev Bakı ilə İrəvan arasında sülh nizamlanması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması barədə birgə bəyannamə imzalayıblar.
Layihə "Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu" (TRIPP) adlandırılıb. Layihə çərçivəsində dəmir yolu, avtomobil, enerji və rəqəmsal infrastrukturun modernləşdirilməsi nəzərdə tutulur.