Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ruhani ABŞ-dan izahat istədi
İran ABŞ-la Yaxın Şərqdə müharibə istəmir.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə İran prezidenti Həsən Ruhani deyib.
O bildirib ki, ölkəsi ABŞ silahlı qüvvələrinə hücum etmək niyyətində deyil.
“Bölgədə ABŞ silahlı qüvvələri ilə müharibə aparmaq istəmirik. İran Yaxın Şərqdə gərginliyin artmasını istəmir”, - deyə o vurğulayıb.
Ruhani həmçinin ABŞ-dan bölgədəki mövcudluğunun izahatını istəyib. O qeyd edib ki, ABŞ-ın Suriyada mövcudluğu qanunsuzdur.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər