Tehran, əvvəlki kimi, Vaşinqtonla danışıqlara hazırdır, lakin ABŞ sanksiyaları ləğv etməlidir.
“RİA Novosti” xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.
“ABŞ öz despot, qanunsuz, yanlış, terror xarakteri daşıyan sanksiyalarını aradan qaldıran kimi “5+1” ölkələr qrupunun rəhbərləri görüşə bilər. Bu məsələdə bizim də problemimiz olmayacaq”, - Ruhani bildirib.
Ruhani qeyd edib ki, hətta bir saat sonra belə danışıqlar aparmağa hazırdır, lakin sanksiyalar ləğv olunmalıdır.
Rəylər