İranın hazırki prezidenti Həsən Ruhani İranda keçiriləcək prezident seçkilərinə namizəd kimi qeydiyyatdan keçib.
Oxu.Az xəbər verir ki, bu barədə sənədlərin DİN-ə təqdim edilməsində iştirak edən RİA Novosti-nin müxbiri məlumat yayıb.
İranın vitse-prezidenti Hüseyn Əli Əmiri fevralda Ruhaninin prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində olduğunu bildirmişdi.
Daha öncə İranın sabiq prezidenti Mahmud Əhmədnecat, eləcə də sabiq vitse-prezidentlər Həmid Bakai və Məsud Zaribafan də namizədliklərini irəli sürüblər.
İranda prezidentliyə namizədlərin qeydiyyatdan keçirilməsi şənbə günü start götürüb. Təbliğat kampaniyası 20 gün davam edəcək.
N.О.
www.oxu.az