Rumıniyanın Satu-Mare şəhərində yerləşən həbsxanaların birində etiraz edən məhbuslar yanğın törədib.
“Ren TV” xəbər verir ki, narazı kütlə yataq matraslarını yandırıb.
Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım briqadası cəlb olunub.
Məlumata əsasən, yanğın nəticəsində üç məhbus həyatını itirib.