Rumıniya Prokurorluğunun korrupsiyaya qarşı mübarizə şöbəsi ölkənin baş naziri Viktor Pontanı maliyyə fırıldaqlarında ittiham edib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, Ponta vergidən yayınma, pul yuma və dələduzluqla bağlı cinayət işi üzrə şübhəli bilinir.
Baş nazirin hesab və aktivləri müvəqqəti həbs olunub.
Qeyd edək ki, öncə Rumıniya prezidenti Klaus Yohannis baş nazir Viktor Pontaya rüşvətxorluqda ittihamlardan sonra istefaya getməyi təklif etsə də, Ponta bəyan edib ki, onu vəzifəsindən yalnız parlament uzaqlaşdıra bilər.
www.oxu.az