Rusiyada və Ukraynada fahişə alveri ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə yaxalanıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, cinayətin üstü fahişəliyə məcbur edilən qadınlardan birinin anasına mesaj göndərməsilə açılıb.
Belə ki, içərisində türk qızları da olan 20 yaşlarında onlarla qadın aldatma yolu ilə Ukraynaya və Rusiyaya aparılıb. Qızlar müxtəlif ölkələrdən gətirilibmiş. Onların içərisində E.P., O.T., E.Y., İ.K., Y.N. və A.M. adlı qadınlar Türkiyədən gətirilib.
Türkiyədən gətirilən qızlar model olmaq adı ilə aldadılıblar. Onlar Rusiyaya gətiriləndən sonra, sənədləri əllərindən alınıb. Sonradan həmin qadınlar pul ilə kişilərə seks xidməti göstərməyə məcbur edilib.
Qadınlardan biri müştərisinin telefonu ilə Ukraynada yaşayan anasına “Mama, burada məni satırlar”, - deyə mesaj göndərib. Qızının “SMS”-ni alan ana dərhal polisə şikayət edib. Polisin keçirdiyi əməliyyat zamanı, bütün dünyada məşhur olan fahişə alverilə məşğul olan mütəşəkkil cinayətkar qrup ifşa olunub.
Hazırda cinayətkar qrupun başqa üzvləri axtarılır.