Alimlərin hazırladığı yeni kompüter sistemi sosial şəbəkələrdəki postların həqiqətə uyğun olub-olmadığını yoxlayacaq. Rəqəmli yalan detektoru Yunan-Roma ilahəsi Faminin şərəfinə “Pheme” adlandırılıb.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, bu layihənin üzərində Avropanın nüfuzlu alim və proqramçıları çalışır.
Onlar ümid edirlər ki, sistem real zaman rejimində müxtəlif sosial media (ilk öncə Twitterlə) ilə işləyə biləcək.
Onların hesablamalarına görə, sözügedən sistem şayiə və provokasiyaların yayılmasının qarşısını almağa kömək edəcək.
Tərtibatçıların fikrincə, sistem sosial şəbəkələrdəki postların məzmununun doğruluğunu dərhal müəyyənləşdirəcək. Bu, polisə, hakimiyyətə və qəza xidmətlərinə kömək edəcək.