Bu gün dünyadakı bütün hərbi münaqişələrin sifarişçisi ABŞ-dır.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu cümə günü Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi general-leytenant Andrey Kartapolov bildirib.
“Bu gün dünyada bütün hərbi münaqişələrin tək sifarişçisi ABŞ-dır. Qərb ölkələri özlərini beynəlxalq münasibətlər sisteminin əsas “memarları”, ABŞ isə yeganə fövqəldövlət kimi təqdim etməyə başlayıb”, - deyə, o, bildirib.
Kartapolov xatırladıb ki, son illər ABŞ və onun müttəfiqləri 50-dən çox halda hərbi güc tətbiq ediblər.
“Altı dəfə qəti məqsədləri olan əməliyyatlar keçirilib və onlar lokal silahlı münaqişələrə çevriliblər. Onların ağır nəticələri yaxşı məlumdur”, - deyə, o, bildirib.