Boyukanı (Moldova) sektorunun məhkəməsi rusiyalı bloger Eduard Bağırovu 2009-cu ilin aprel ayında kütləvi asayiş pozuntularını təşkil etməkdə günahkar bilib. Onu 5 il müddətinə azadlıqdan məhrum ediblər. Oxu.Az xəbər verir ki, bu barədə publika.md bildirib.
Bağırova qarşı işə məhkəmədə 4 il müddətində baxılıb. Onun günahının əsas sübutu - prokurorluğun fikrincə, 2009-cu ilin parlament seçkilərindən sonra təxribat xarakterli materialların yazılması, eləcə də “Tvitter-inqilab”ın təşkilatçıları ilə əlaqəsi olmasıdır.
Belə ki, 2011-ci ilin oktyabrında Eduard Bağırov Moldovadan Rusiyaya qaçıb, hökmü müttəhim olmadan oxunub. O, apellyasiya şikayəti vermək hüququna malikdir.
Xatırladaq ki, Eduard Bağırov 2011-ci ilin 16 iyununda həbs edilib, həmin ilin oktyabr ayının 18-də isə o ev həbsi şərti ilə azad edlib. Növbəti gün, Bağırov Moskvaya yola düşüb, onu beynəlxalq axtarışa veriblər. 2013-cü ilin iyul ayında o İnterpola verilib, amma Eduard Bağırov haqqında məlumatın məlumat bazasından istisna edilməsi qərara alındı.
Qeyd edək ki, Eduard Bağırov eləcə də ermənilərin dostu kimi məşhurdur. Daha öncə o, Rusiya azərbaycanlıları adından çıxış edərək erməni xalqına başsağlığı verib.
Eduard İsmayıloviç Bağırov 1975-ci ilin oktyabr ayının 25-də Türkmən SSR-nin Mara şəhərində azərbaycanlı və rusun ailəsində anadan olub.