Azərbaycan Xəbərlərinin məlumatına görə, o, “LiveJournal” sosial şəbəkəsindəki şəxsi bloqunda aşağıdakıları yazıb:
“Adekvat Moskva azərbaycanlılarının adından 1915-ci il Türkiyədə törədilmiş soyqırımın ildönümü ilə əlaqədar erməni xalqına başsağlığı verirəm”.
Qeyd edək ki, Eudard İsmayıl oğlu Bağırov 25 oktyabr 1975-ci ildə Türkmənistan SSR-in Marı şəhərində azərbaycanlı və rusun ailəsində anadan olub.
2007-ci ildə Bağırov özünün ilk “Qastrabayter” romanını dərc edib. Yazının özünün dediyinə görə, bu roman 80% avtobioqrafiya xarakterli olub. Adı çəkilən əsər geniş qalmaqala səbəb olub və 100 mindən çox tirajla satılıb.
Azərbaycan Xəbərləri
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin