YouTube-də Rusiyada pedofillərin (uşaqlara tamah salanların) üzrə çıxarılması üzrə tanınan Maksim Martsinkeviçin (Tesak) tanınmış azərbaycan əsilli bloqqer Eduard Bağırovla birlikdə videosu yerləşdirilib.
Oxu.Az Rosbalt-a istinadən xəbər verir ki, vəziyyət Tesakın əvvəllər internetdə yerləşdirildiyi videolardakı kimidir. Belə ki, adətən həmin videolarda pedofil ovuna çıxmış Tesakın tələsinə düşmüş əxlaqsız şəxs onun tərəfdarları qarşısında alçaldılır, bu kameraya çəkilir və Tesak həmin pedofili tərbiyələndirir.
İnternetdə yerləşdirilmiş bu videoda isə Azərbaycan əsilli siyasi fəal və bloqqer Eduard Bağırov ağlayır, göz yaşlarını silərək Tesaka səhvini başa düşdüyünü və bu barədə yazacağını deyir.
Qeyd edək ki, qalmaqallarla tanınan məşhur bloqqer və yazıçı Eduard Bağırov bu ilin aprelində növbəti “qalmaqallı” bəyanatla çıxış edib. Belə ki, o, Tvitter-dəki şəxsi hesabında “bütün Moskva azərbaycanlıları adından qondarma “erməni soyqırımına” görə ermənilərdən üzr istədiyini” yazıb.
www.oxu.az