Bir milyard dəyərində dizel yanacağının qarətini Novosibirsk vilayəti üzrə Rusiya FTX üzə çıxarıb.
Yanacaq Rusiya ordusunun təchizatı üçün nəzərdə tutulmuşdu. Qarətçilər Novosibirsk neft bazasının iki direktor müavini olub.
Onlar Novosibirsk neft bazası və onların nəzarəti altında olan kommersiya təşkilatı ilə saxta saziş bağlayıblar, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
“Lukoyl-Rezervnefteprodukt”a məxsus sənədlərin saxtalaşdırılmasından sonra 14 milyon ton yüksək keyfiyyətli dizel yanacağı üçüncü şəxslərə satılıb.
“Qanunsuz sxemin realizəsindən əldə edilən pul vəsaiti oğurlanıb”, - Novosibirsk FTX idarəsindən bildiriblər.
Yanacaq Rusiya Federasiyasının silahlı qüvvələrinin, əsasən də Arktika qrupunun bölüklərinin təchizatı üçün nəzərdə tutulmuşdu.
Neft bazasının menecerlərinə qarşı “Mütəşəkkil qrup tərəfindən xüsusi böyük məbləğdə törədilmiş fırıldaqçılıq” maddəsi üzrə cinayət işi açılıb. Bu maddə 10 il azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Neft bazasının hər iki direktor müavini nəzarət altına alınıb.