Rusiya ABŞ-ın Moskvadakı səfirinin müavini Bart Qormanı ölkədən çıxarıb.
Bunu səfirliyin sözçüsü Ceyson Rebholts bildirib.
Onun sözlərinə görə, Qormanın vizası hələ də etibarlıdır. Belə ki, Qormanın Rusiyada qalma müddəti üç ildən azdır.
“Vaşinqton diplomatın ölkədən çıxarılmasını eskalasiyaya səbəb olan addım” hesab edir və cavab tədbirləri nəzərdən keçirir”, - deyə Rebholts əlavə edib.
Mənbə: RİA Novosti