Rusiyanın Krımın daxil olduğu cənubi hərbi əyalətində, mart ayının 12-də irimiqyaslı hərbi təlimlər başlayıb.
“RBK-Ukraina” bildirib ki, təlimlər cənubi, Şimali Qafqaz federal əyalətində və işğal edilmiş Krımın ərazisində yerləşən 19 poliqonda keçirilir, Oxu.Az xəbər verir.
Məlumata müvafiq olaraq, sahil qoşunlarının hərbi hissələrinin və birləşmələrinin motoatıcı briqadasının artilleriyaçıları, həmçinin Ermənistan, Cənubi Osetiya və Abxaziyada Rusiyanın hərbi bazalarında bir ay ərzində bölüklərin döyüş bacarıqlarını və hərbi səriştələrini artıracaqlar.
Təlimlərdə 8 mindən çox artilleriyaçı iştirak edəcək, eləcə də 1500-dən çox silah, həmçinin yeni “Xosta” özüyeriyən artilleriya qurğusu və “Tornado-Q” reaktiv yaylım atəş sistemləri cəlb ediləcək.
Bundan başqa, təlim çərçivəsində Rusiya Federasiyası Qara dəniz donanmasının, Rusiyanın işğal etdiyi Krım yarımadasında olan gəmiləri şərti düşmənin qruplaşması üzrə raket zərbələri üzrə işləyirlər.