Bir sıra cinayətlərdə şübhəli bilinən Azərbaycan vətəndaşı Qazaxıstanın Akmolinsk vilayətində saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Novosti-Kazaxstan” informasiya agentliyinə vilayətin daxili işlər departamentindən bildiriblər.
Polisdə deyilənə görə, vilayətdə genişmiqyaslı dövlətlərarası “Axtarış” əməliyyatı keçirilib.
“Sandıktaus rayonunda martın 12-də, Azərbaycan Respublikası DİN tərəfindən axtarılan, 46 yaşlı cinayətkar saxlanılıb. O, üç cinayətin törədilməsində: silah və sursatın qanunsuz alınması; silahın hədə qorxu yolu ilə əldə edilməsi; vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmək üzrə şübhəli bilinir”, - DİN-dən bildiriblər.
Kişi həbs edilib və müvəqqəti saxlama təcridaxanasına aparılıb.