Rusiya aviasiya qüvvələrinin “Vaqner” özəl hərbi şirkətinə məxsus kolonuna zərbə endirməsinin görüntüləri yayılıb.
Videoda M-4 magistralı istiqamətində hərbi kolonun dayandığı, bu zaman avtomobillərdən birinin aviazərbə nəticəsində partladılması görünür.
Həmin görüntüləri təqdim edirik:
12:46
Rusiya aviasiya qüvvələri “Vaqner” özəl hərbi şirkətinə məxsus kolonun hərəkət etdiyi M-4 magistralına zərbələr endirirlər.
Bu barədə rusiyalı hərbi müxbirlər kadrlar yayıblar.
Görüntülər uzaq məsafədən çəkilib. Videoda M-4 magistralı istiqamətində qara tüstü çıxdığı görünür.
Xatırladaq ki, bu gün gecə saatlarından etibarən “Vaqner” özəl hərbi şirkəti Rusiya Silahlı Qüvvələrinə qarşı qiyam qaldırdıqlarını bəyan edib.