Yanvarın 9-dan 16-na qədər bir həftə ərzində Rusiyanın qızıl-valyuta ehtiyatları 6.8 milyard azalaraq 379.4 milyard olub.
Oxu.Az xəbər verir ki, müvafiq məlumat Rusiya Federasiyasının (RF) Mərkəzi Bankının məlumatında deyilir.
2014-cü ilin dekabrının məlumatına əsasən, RF-nin qızıl-valyuta ehtiyatları 33.42 milyard dollara düşüb.