Rusiya hökuməti Bosniya və Herseqovinaya SSRİ-nin 125 milyon dollar borcunu qaytaracağını deyib. Müvafiq fərman hüquqi informasiya portalında dərc edilib.
Oxu.Az xəbər verir ki, Rusiya hökuməti və Bosniya və Hersoqovinanın Nazirlər Şurası arasında sabiq Yuqoslaviya Sosialist Federativ Respublikası qarşısında SSRİ-nin öhdəliklərinin nizamlanması üzrə razılaşma layihəsinə görə, 200 milyon klirinq dollar borcu 0,625 dollar kursu ilə hesablanaraq nəticədə 125 milyon dollardan ibarət olub.
Bundan 58%-i Bosniya və Hersoqovina, üstəgəl 3% ayrı-ayrı dairələr alacaq, 10% ümumdövlət orqanlarının xərclərinə sərf ediləcək, 29% Serbiya Respublikası alacaq.
N.O.
www.oxu.az