NATO-nun ölü tapılmış auditoru İva Şandelon intihar edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Namyur əyalətinin prokurorluğundan bildiriblər.
“Ekspertizanın nəticələri intihar olduğunu göstərib. Meyitin yanında vida məktubu aşkar edilib”, - prokurorluq nümayəndəsi bildirib.
14:39
Belçikanın Anden şəhərində NATO-nun baş auditoru İva Şandelonun meyiti aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Belçikanın Sudinfo.be nəşrinə istinadən Rambler/novosti məlumat yayıb.
KİV-in məlumatına görə, Şandelon özünü güllələyə bilərdi. Amma onun yaxın dostları bu versiyanı təkzib edərək Şandelona qəribə zənglərin olduğunu bildiriblər. Məmur terrorun maliyyələşdirilməsi ilə mübarizə məsələləriylə məşğul olurdu.
Şandelonun adına üç ədəd odlu silah qeydiyyatdan keçib, amma onun meyitinin yanında qeydiyyatda olmayan silah aşkar edilib. KİV məhz bu silahdan atəş açıldığı barədə məlumat yayıb.
Məmurun meyiti iş yerindən 140 metr məsafədə və yaşadığı şəhərdən 100 km aralıda aşkar edilib.
N.O.
www.oxu.az