Rusiyada fəaliyyət göstərən “Qanuni Oğrular” mütəşəkkil cinayətkar təşkilatının mavi bülletenlə axtarışda olan liderlərindən biri Şamil Əmirov İstanbulda keçirilən “Qəfəs-15” əməliyyatı çərçivəsində tutulub.
Bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya açıqlayıb.
O bildiirb ki, beynəlxalq və milli mütəşəkkil cinayət ünsürləri və “zəhər” tacirləri ilə mübarizə getdikcə daha şiddətlə davam edəcək.
“Onların nəfəsini kəsəcəyik”, - nazir vurğulayıb.
Rusiya cinayətkar qruplaşmasının lideri Şamil Əmirov İstanbulda tutuldu - VİDEO
🟦Mavi Bülten’le aranan ve #Rusya'da faaliyet gösteren “Thieves in Law” Organize Suç Örgütü Yöneticilerinden “Shamil AMIROV” İstanbul’da yapılan “KAFES-15” Operasyonuyla yakalandı❗️
— Ali Yerlikaya (@AliYerlikaya) December 3, 2023
Uluslararası ve ulusal organize suç odaklarıyla, zehir tacirleriyle mücadelemiz artarak devam… pic.twitter.com/KWX2b3yWPC
Rəylər