Milli Strategiya İnstitutu (MSİ) Rusiyaya gələnlərin artan sayına və bu prosesin nəticələrinə həsr edilmiş hesabat hazırlayıb.
2050-ci ildə Rusiya əhalisinin yarısı mühacirlərdən ibarət olacaq.
Oxu.Az xəbər verir ki, Milli Strategiya İnstitutunun hesabatına görə, Rusiyada vəziyyəti qeyri-leqal mühacirlər mürəkkəbləşdirir. FMX Rusiyada 3,6 milyon mühacir olduğunu hesablayıb.
Tədqiqatçıların proqnozlarına görə, qastrabayterlərin sayı bu templə artmağa davam edərsə, o zaman 2050-ci ildə RF-in əhalisinin yarısı mühacirlərdən ibarət olacaq.