Rusiya Gürcüstan ilə ikitərəfli münasibətləri tənzimləməyə davam edəcək, münasibətlərin qaydaya salınması Rusiyanın milli maraqlarına təzad olmayan sahələrdə aparılacaq, bu barədə Rusiya Federasiyası XİN-in 2014-cü ildə fəaliyyətinin nəticələri və orta müddətli perspektivli məsələlərə dair sənəddə deyilir.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
“Gürcüstan ilə diplomatik münasibətlərin olmaması, Tbilisidə hakimiyyətin Suxumi və Tsxinvala qarşı “işğal edilmiş ərazilər” statusundan imtina etməməsi, eləcə də ölkənin Aİ və NATO-ya inteqrasiya kursunun saxlaması Rusiya-Gürcüstan əlaqələrinin tam normallaşmasının qarşısını alan təbii amillərdir”, - sənəddə deyilir.
Amma Moskvada qeyd ediblər ki, Rusiyanın maraqlarına təzad təşkil etməyən sahələrdə, ilk növbədə humanitar və işgüzar kontaktlarda ikitərəfli əlaqələrin tənzimlənməsi siyasətinə riayət edəcəklər.