Dekabrın 23-dən etibarən Rusiya Gürcüstan vətəndaşları üçün viza verilməsi prosesini asanlaşdıracaq.
Oxu.Az-ın məlumatına görə, bu barədə RF Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilir ki, Rusiya tərəfi bundan sonra da iki ölkə vətəndaşlarının rahat gediş-gəlişini təmin etmək üçün lazımi addımlar atacaq.
Hətta qarşılıqlı əsasda vizasıs rejimə keçmək də istisna olunmur.
Diplomatik qurum qeyd edir ki, Rusiya-Gürcüstan münasibətləri yeni mərhələyə qədəm qoyub.