Ermənistanda rusiyalı hərbçinin qətlində şübhəli bilinən 20 yaşlı şəxs bir müddət əvvəl qismən anlaqlı və hərbi xidmətə yararsız hesab edilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsindən bildirilib.
“İlkin istintaq tədbirləri zamanı şübhəli şəxsdə müəyyən psixi problemlərin olduğu müəyyən edilib. Belə ki o, 2016-cı ilin noyabrında orduda xidmətdə olarkən bir neçə dəfə özünə xəsarət yetirib və müayinə olunması üçün Ermənistan Müdafiə Nazirliyinin İrəvan qarnizon hospitalının psixiatrik şöbəsinə yerləşdirilib. Məhkəmə-psixiatrik ekspertiza təyin edilmişdi”, - deyə qurumdan bildirilib.
Martın əvvəlində ekspertiza həmin şəxsdə müəyyən psixi problemlərin olduğunu müəyyən edib. Bundan sonra o qismən anlaqlı hesab edilib və müdafiə nazirinin əmri ilə ordu sıralarından tərxis olunub.
22.04.2017 (20:20)
Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının əsgəri qətlə yetirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, qətlə yetirilən hərbçi müqavilə əsasında xidmət edən 21 yaşlı Dmitri Lapayev olub.
Hadisənin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.
S.S.
www.oxu.az