Rusiyaya məxsus dörd təyyarə Xmeymim aviabazasından havaya qalxaraq, Suriyanın İdlib şəhərindəki “Cebxat ən-Nusra” qruplaşmasının mövqelərinə zərbələr endirib.
Oxu.Az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi, general-mayor İqor Konaşenko məlumat verib.
Onun sözlərinə görə, zərbələr nəticəsində Rusiyanın Suriyadakı Xmeymim aviabazasında, eləcə də, Hələb və Hamada terror aktları törətməyi planlaşdıran silahlılara məxsus pilotsuz uçuş aparatlarının saxlandığı anbar məhv edilib.
Rəylər