Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutdu
Moskva ilə Kiyev arasında növbəti əsir mübadiləsi həyata keçirilib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
"2025-ci il martın 19-da danışıqlar prosesi nəticəsində 175 rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 175 hərbi əsiri təhvil verilib", - deyə məlumatda bildirilib.
Döyüşçülərin əsirlikdən qaytarılması zamanı Birləşmiş Ərəb Əmirlikləri vasitəçilik səyləri göstərib.
Rusiya xoşməramlılıq əlaməti olaraq, həmçinin təcili tibbi yardıma ehtiyacı olan 22 ağır yaralı hərbi əsiri də təhvil verib.
Əsirlikdən azad edilən Rusiya hərbçiləri hazırda Belarusdadırlar, müalicə və reabilitasiya üçün Rusiyaya aparılacaqlar.
"Rusiya" teqi üzrə xəbərlər
- Avrostat: "Azərbaycan Avropa İttifaqına LNG tədarükü üzrə liderlər sırasındadır"
- Ukraynada tam şəkildə atəşkəs nə zaman olacaq? - Stiven Uitkoff tarixi açıqladı
- Uitkoff ABŞ və Rusiya arasında növbəti danışıqların tarixini açıqlayıb
- Tramp üçüncü dünya müharibəsinin başlamasını istəmir
- Tramp: "ABŞ Rusiya ilə Çinin yaxınlaşmasını istəmir"