Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rusiya ilə Ukrayna arasında sülh sazişi nə vaxt imzalanacaq?
Rusiya ilə Ukrayna arasında sülh bu il aprelin 20-nə qədər əldə edilə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Sky news" televiziya kanalına ABŞ Yorktaun İnstitutunun tədqiqatçısı Robert Klark məlumat verib.
Onun sözlərinə görə, Pasxa bayramına qədər sülhün əldə edilməsi mümkündür.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp yanvarın 20-də öz səlahiyyətlərinin icrasına başlayanadək münaqişəni dayandıracağını vəd edib. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl müharibənin 2025-ci ildə bitəcəyinə ümid etdiyini bildirib.
"Rusiya-Ukrayna müharibəsi" teqi üzrə xəbərlər
- ABŞ Ukraynanın məğlubiyyətini etiraf etdi: Zelenski geri çəkiləcək?
- Zelenski atəşkəsin şərtini açıqladı
- Blinken: "Ukrayna çətin ki, itirilmiş əraziləri qaytara bilsin"
- Xoruzun quyruğu göründü: "Makron və Zelenski şəxsi maraqları naminə Avropanı tələyə salıblar"
- Zelenski Prezident Aparatı rəhbərinin müavinini işdən çıxardı
Rəylər