Dünyada ən çox intihar edən ölkələr sırasında yer alan Rusiyada son 20 ildə 1 milyondan çox insan intihar edib.
Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin rəsmisi Boris Polojni Rusiyanın intihar edən ölkələr siyahısında 10-cı sıradan 14-ə gerilədiyini açıqlayıb.
O, intiharların azaldığını desə də, problemlərin həll edilməyəcək şəkildə ciddi olduğunu bildirib. Polojni Şimali Qafqaz ilə Mərkəz bölgələrində vəziyyətin nisbətən yaxşı olduğunu açıqlayıb.
Rusiyada kişilər qadınlara nisbətən 5 qat daha çox intihar yolunu seçirlər. Sibir və Uzaq Şərqdə hər yüz min adamdan 30-u, Tula və Çukot kimi bölgələrdə isə 60-ı intihar edir.
Rusiyada hər yüz min gəncdən 16-ı intihar edir. Gənclərin intihar etməsinə səbəb isə ailə daxili problemlər və pis vərdişlər göstərilir.