Rusiya Müdafiə nazirliyi öz Facebook səhifəsində Hava-kosmik qüvvələrin Suriya ərazisində Əs-Suhnə şəhəri yaxınlığında İŞİD terror təşkilatının mövqelərinə endirilən aviazərbələrin görüntülərini yayıb.
Oxu.Az xəbər verir ki, avqustun səkkizində altı ədəd Ту-22М3 bombardmançısı Rusiya ərazisindən havaya qalxıb və İŞİD-in Suriyadakı obyektlərinə aviazərbələr endirib.
Nəticədə Əs-Suhnə şəhəri yaxınlığında yaraqlıların idarəetmə məntəqəsi və bir düşürgəsi məhv olunub.
Rusiya İŞİD-i belə bombaladı – VİDEO
www.oxu.az