Rusiya qoşunları Ukraynanın Xarkov vilayətindəki Kupyansk şəhərini nəzarətə götürüb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov məlumat verib.
Onun sözlərinə görə, Rusiya ordusu həmçinin Volçansk ərazisinin 80%-dən çoxuna nəzarət edir.
Eyni zamanda, Qərb qüvvələr qrupunun komandiri Sergey Kuzovlev Rusiya prezidentinə məruzəsində Yampol, Petrovpavlovka və Maslikovkayanın nəzarətnəzarətə götürüldüyünü və ordunun Krasnıy Liman istiqamətində hərəkət etdiyini bildirib.
Qeyd edək ki, Ukrayna tərəfi hələlik bu məlumatı təsdiqləməyib.