Rusiya demək olar ki, hər gün Ukraynanın mülki və enerji obyektlərinə zərbələr endirir. Bəs niyə onun raketləri tükənmir?
Oxu.Az xəbər verir ki, Forbes.ua Rusiyanın silah istehsalına dair bəzi rəqəmləri açıqlayıb.
Məlumata görə, bir ay ərzində Rusiya 42-dən 56-ya qədər ballistik və 90-115 uzaq mənzilli qanadlı raket istehsal edir ki, bunlardan Ukrayna ərazisinin dərinliklərinə, xüsusən də enerji infrastrukturuna zərbələr endirmək üçün istifadə edilir.
Həmçinin, "Shahed-136" dronlarının istehsal həcmi 500 ədəddən çoxdur.
Bildirilir ki, Rusiyanın silah istehsalı gücünə dair bu cür qiymətləndirməni Ukrayna kəşfiyyat struktularından biri verib.
Rəylər