Rusiya ordusu Donetskdə daha bir yaşayış məntəqəsini nəzarətə götürüb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Rusiya hərbi qüvvələri Donetsk vilayətinin Andreyevka qəsəbəsində nəzarəti ələ keçirib.
Qeyd edək ki, Rusiya ordusu bundan əvvəl Donetskdə Privolnoye və Yampolovka yaşayış məntəqələrini nəzarətə götürüb.