Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində Pokrovsk şəhərini, Xarkov vilayətində isə Volçansk şəhərini nəzarətə götürüblər.
Oxu.Az bu barədə "RİA Novosti" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Qoşun Qruplaşmasının İdarəetmə Məntəqələrindən birinə baş çəkib.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov burada Putinə iki şəhərin nəzarətə alındığını məruzə edib.