Rusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürüb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Rusiyanın hərbi birləşmələri Donetsk vilayətində yerləşən Novooleksandrivka və Sumı əyalətindəki Korçakovka yaşayış məntəqələri üzərində nəzarəti təmin ediblər.
Qaynar xətt:
(055) 224 12 12