Rusiya ordusu Xarkov vilayətində yaşayış məntəqəsini tutub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, əməliyyatı "Qərb" qoşun qruplaşmasının bölmələri həyata keçiriblər.
"Xarkov vilayətinin Kamenka yaşayış məntəqəsi nəzarətə götürülüb", - deyə məlumatda bildirilir.