Rusiya Silahlı Qüvvələrinin ötən sutka ərzində Ukraynanın Xarkov vilayətinin 22 yaşayış məntəqəsinə endirdiyi zərbələr nəticəsində üç nəfər həlak olub, daha səkkiz nəfər isə yaralanıb.
Oxu.Az xəbər verir ki, görə, bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov "Telegram" kanalında bildirib.
"Xarkov şəhərində 45, 22 və 60 yaşlı qadınlar, həmçin 10 aylıq körpə qız, Veleten kəndində 48 və 52 yaşlı kişilər, Veliki Burluk qəsəbəsində 54 yaşlı kişi, Lozovaya kəndində bir nəfər həlak olub (məlumatlar dəqiqləşdirilir) və 32 yaşlı kişi yaralanıb. Vesyoloye kəndində 69 yaşlı kişi, Dovjanka kəndində isə 55 yaşlı kişi həyatını itirib", - deyə o dəqiqləşdirib.
Sinequbovun sözlərinə görə, zərbələr zamanı Rusiya hərbçiləri idarəolunan aviasiya bombaları və pilotsuz uçuş aparatlarından istifadə ediblər.